BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısını bitirən VİDEO

Xəbər verdiyimiz   kimi  Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

Demokrat.az xəbər verir ki, rayon sakinləri icra başçısı İsmayıl Vəliyevin fəaliyyətindən bir neçə dəfə şikayət ediblər.

 

Sosial şəbəkələrdə yayılan  videolarda rayon sakinlərinin yolların pis vəziyyətdə olmasından, qazın verilməməsindən, tikinti sənədlərinin rüşvətlə verilməsindən və digər hallarla  bağlı  şikayətlərinin  görüntüsü yayılıb.Oxu24.com

 

Tarix: 20 Fevral 2020, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin