BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan, Fransa, Aİ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş cənab İlham Əliyevin uğurlu siyasətinin qələbəsidir - RƏY

“Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirak etdiyi görüşü tarixi hadisə adlandırardım. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin, ölkə diplomatiyasının qələbəsidir. Görüşdə əldə olunan nəticələr Azərbaycanın dövlət və milli maraqlarına tam şəkildə cavab verir. Qəbul edilən qərarlar Azərbaycanın qalib ölkə olduğunu birmənalı olaraq sübut edir. Biz ötən gün tarixin arxivinə atılmalı olan ATƏT-in Minsk Qrupunun həmsədrliyinin, ümumiyyətlə, gündəlikdən çıxarılmasının da şahidi olduq. Prezident Minsk Qrupunun bərpasına cəhd edən qüvvələri dəfələrlə neytrallaşdırdı və “Qarabağ münaqişəsi” adlı termin olmadığı ilə bağlı yekun nəticə əldə edildi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, görüş Azərbaycanın irəli sürdüyü təkliflərin, regionda yaratdığı yeni geosiyasi reallıqların Avropa birliyi tərəfindən də birmənalı olaraq qəbul edildiyini göstərir: “Brüssel, Avropa təşkilarlatlarını təmsil edən Fransa, və Avropa İttifaqı - hər biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, kommunikasiların açılması, sərhədlərin delimitasiya və demarkasiyası proseslərinə başlanılması, eləcə də digər humanitar məsələlərin həllində maraqlıdırlar. Ermənistanın sabiq prezidentlərinin hakimiyyəti dövründə işğal edilmiş Azərbaycan ərazilərində, o cümlədən tarixi Azərbaycan torpağı olan indiki Ermənistanda xalqımıza məxsus tarixi abidələrin vəhşicəsinə dağıdılması, yerlə yeksan edilməsi ilə bağlı UNESCO-ya dəfələrlər müraciət edilməsinə baxmayaraq, təşkilat bu missiyanı həyata keçirmir, yerində araşdırmanı təmin etmirdi. Həmin ərazilərə mütəxəssislər göndərilmir, təqdim edilən faktlar araşdırılmırdı. UNESCO görüşdən sonra məcburdur ki, Ermənistan və Qarabağ ərazisində dağıdılmış abidələrlə Azərbaycan xalqına məxsus tarixi irsin ləğv edilməsi ilə bağlı araşdırmalar aparsın”.

 

N.Məhəməliyev vurğulayıb ki, Azərbaycan günü-gündən güclənir və ölkəmiz elə inkişaf səviyyəsinə çatıb ki, hətta qlobal güclərə qaşı siyasətində belə öz milli maraqlarından istifadə edə bilir: “Digər məqamlardan biri isə, cənab Prezidentin təkidi ilə Birinci Qarabağ müharibəsi dövründə təxminən 4 minə yaxın Azərnaycan vətəndaşının itkin düşməsi, onların kütləvi şəkildə məzarlıqlarda dəfn olunması, xüsusilə yüzlərlə uşaq və qadının taleyi ilə bağlı araşdırmalar aparılacaq. Bu, olduqca önəmlidir və erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri ağır cinayətlərin siyasi sübutudur. Bütün bunlar, təbii ki, Azərbaycan dövlətinin maraqlarına uyğundur. Biz dövlət olaraq düşmənçilik səhifəsini artıq bağlamağa çalışır, regiona sülh və əmin-amanlıq gətirəcək siyasətə başlayırıq. Ona görə də görüşdə qəbul edilən qərarların önəmli olduğunu hesab ediəm. Bu, həmçinin ermənilərin uzun illər ərzində apardığı siyasətə ciddi zərbədir. Azərbaycan Prezdentinin həyata keçirdiyi siyasət tam doğru və düzgün, dəqiq aparılır, dövlətin və xalqın maraqlarına cavab verir”.

 

Parlament üzvü hesab edir ki, ötəngünkü görüş əvvəlki görüşlərdə əldə edilən nəticələrin inkişaf etdirilməsinə hesablanıb və Rusiyaya qarşı hansısa təhlükə yoxdur: “Rusiya regionda sülhün bərqarar olunmasında maraqlıdır. Etiraf etmək lazımdır ki, son aylarda Rusiya və Ukrayna münasibətləri ilə əlaqədar olaraq Rusiya ilə ABŞ münasibətlərində də kifayət qədər gərginlik müşahidə edilir və həmin gərginlik bu gün də qalmaqdadır. Yəni, hazırda Rusiyanın daha aktual məşğul olacağı sahələr var. Nəzərə almaq lazımdır ki, Cənubi Qafaqazdakı ən etibarlı müttəfiqi olaraq Azərbaycan heç vaxt Rusiya əleyhinə layihələrdə iştirak etməyib. Bizim Rusiya və Qərblə münasibətlərimiz balansı şəkildə ölçülüb-biçilir. Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemini, geosiyasi reallıqları tam dəqiq şəkildə, peşəkarcasına öyrənmiş, yetişkin siyasətçidir. Prezident istənilən dövlətə və böyük gücə qarşı konkret siyasət müəyyənləşdirib. Bu bizim dövlətimizin gücünün göstəricisidir”.

 

Nəzrin Cavid

Tarix: 5 Fevral 2022, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin