BURADA REKLAMINIZ OLA
BİLƏR

Quyuya atılaraq öldürülən 4 yaşlı qızın atasına əzab vermək maddəsi ilə cinayət işi başlanıldı

Yanvarın 31-də öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarova cinayət məsuliyyətinə cəlb edilib.

 

T. Allahyarova Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb. T. Allahyarovun yaxın saatlarda Xəzər rayon Məhkəməsinə çıxarılaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.

 

Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib.

 

Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.

 

Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.

Tarix: 5 Fevral 2022, 12:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin