BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda səfirin avtomobili qəzaya uğradı

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.

 

Pravda.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.

 

Məlumata görə, Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

 

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Tarix: 5 Fevral 2022, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin