BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlilabadda yol qəzasında 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

Cəlilabadda 2 avtomobil toqquşub, ölən və yaralananlar var.

 

Pravda.az-ın xəbərinə görə, BMW və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - Cəlilabad rayonunun Maşlıq kənd sakinləri olan Tural İntiqam oğlu Adıgözəlov, Mürsəl Alim oğlu Quliyev və Qorxmaz Rahim oğlu İsmayılzadə hadisə yerində dünyasını dəyişib.

 

Avtomobillərdə olan Kamran İbadulla oğlu Vəlizadə, Hacıbala Balabəy oğlu Şahbazov, Cahid Təbiət oğlu Eyvazov və Balasər Həsən oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

APA

 

 

Tarix: 5 Fevral 2022, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin