BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs olunan Rasim Məmmədovun 55 illik yubiley məclisində hansı tanınmışlar iştirak edib? - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Daxili İşlər Nazirliyi (DİN) “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyininin sədri Rasim Məmmədovun saxlanılması barədə məlumat yayıb.

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə 2019-cu ildə Rasim Məmmədovun 55 illik yubileyilə bağlı keçirilən mərasiminin görüntüləri yayılıb. 

Mərasimdə Azərbaycanın tanınmış ictimai xadimətləri, yazıçılar, şairlər, xalq artistləri, müğənnilər iştirak ediblər. Onların arasında Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Flora Kərimova, Xalq artisti Niyammədin Musayev, tarzən Ramiz Quliyev, müğənni Sevda Kazımova da olub.

R. Məmmədovun 55 illik yubiley mərasiminin görüntülərini təqdim edirik.

Tarix: 5 Fevral 2022, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin