BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaralovların külli miqdarda vergi borcu üzə çıxdı - SABİQ BAŞ PROKURORUN YAXINI QANDALLANDI

Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edilib. 

Pravda.az xəbər verir ki, 03 fevral 2022-ci il Yasamal rayon məhkəməsinin qərarı ilə Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə Şurasının sədri Rəsul Orucov barəsində həbs seçilib.

Vergi Xidmətinin istintaqında şirkət rəhbəri vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunur.

Qeyd edək ki, Ağstafa Aqrar Sənaye Kompleksi MMC-nin təsisçisi Qaralov Raul Zakir oğludur. Rəsul Orucov eyni zamanda Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun “təmsilçisi” kimi tanınırdı.

Bu fakt həm də o deməkdir ki, vergi borcuna görə məsuliyyət Qaralovlar ailəsinin üzərindədir.

Rəsul Orucovun qardaşı Rasim Orucov isə məşhur “Oliqarxların məhkəmə işi”ndə verdiyi sensasion  ifadələrlə mətbuata tanışdır.

Gununsesi.info

Tarix: 5 Fevral 2022, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin