BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş daxili işlər naziri həbs edildi

Albaniyanın keçmiş daxili işlər naziri Saimir Tahiri 3 il 4 ay azadlıqdan məhrum edilib.

 

Pravda.az-ın xəbərinə görə, keçmiş nazir vəzifə səlahiyyətlərini aşmaqda və narkotik ticarətindən pay almaqda ittiham edilir.

 

2017-ci ildən vəzifəsindən uzaqlaşdırılan nazirə 2019-cu ildə ittiham irəli sürülsə də, faktı sübuta yetirmək mümkün olmamışdı. Sonradan onun əmisi uşaqları İtaliyada həbs edildikdən sonra nazirin köməyindən istifadə etdiklərini bildiriblər.

 

Keçmiş nazir məhkəmə zalında həbs edilərək Tirana həbsxanasına aparılıb.

 

APA

Tarix: 6 Fevral 2022, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin