BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cavanşir Feyziyev yaşlaşanda iynə-dərmana ehtiyacı olsun, onda anlasın ki...”

Bir deputat vardı - Rəfael Cəbrayılov. Mandatını girov qoyub sələmə 100 minlərlə manat pul götürmüşdü. Zamanında çox imkanlı iş adamı olub. Baxmayaraq, deputatın bizneslə məşğul olması qanunla qadağandır. Nə isə. Bu bölümü keçək... Onun mandatı girov qoyması xəbəri mediada yayılandan sonra jurnalistlər haqda ağzına gələni söyləyirdi, təhqir edirdi. Deyirdi, şər atır media ona, aydan arı, sudan durudu. Sonra nə oldu, hamımız bilirik. Deputat səlahiyyətinə xitam verildi, ardınca həbs edildi. Lap axırda türmədə öldü.

 

Cavanşir Feyziyev də keçmiş həmkarı Rəfaelin ağzı ilə danışır. 15-ə yaxın tanınan jurnalisti təhqir edib. Həm də haqsız yerə. Ölkənin pullarını daşıyıb aparıb xarici dövlətə, orda da müsadirə ediblər, bunu beynəlxalq media yazıb, yerli mətbuat da dünyaca məşhur qəzetlərə, saytlara istinadla xəbəri yayıb. Bu deputat da hamını qoyub kənara, jurnalistləri təhqir edib.

 

Feyziyev Mətbuat Şurasının üzvüdür. Onu dərhal ordan uzaqlaşdırmaq lazım.

 

Milli Məclis rəhbərliyi deputatı bu tərbiyəsiz davranışına görə qınamalı, cəzalandırmalıdır. Ölkənin hüquq mühafizə orqanları Cavanşir Feyziyev barədə araşdırma aparmalıdır.

 

Azərbaycanda polisi təhqir etdiyi üçün həbs edilən deputat nümunəsi var. Polis ölkənin asayişini qoruyur. Jurnalistlər də dövlətin informasiya sərhədlərinin keşiyindədir. Bir deputatın 15-ə yaxın tanınan jurnalisti, media rəhbərini söyməsi daha böyük qalmaqal, daha ciddi hadisədir. Həbs olmasa da, deputat səlahiyyətinə xitam verilməlidir. Ya da çıxıb üzr istəməlidir. İkili yanaşmanı qəbul etmirik.

 

Bu qədər qanunsuzluq edib, təhqirə yol verib, sonra heç nə olmamış kimi davrana bilməz Feyziyev. Bu adamın sonu indidən görünür. Yəqin, jurnalistlər çox keçməz, onun həbs xəbərini manşetdən yayacaq. Məhkəmə reportajlarını da ən yaxşı yerdən verəcəklər. Kimsəyə ölüm arzulamırıq. Əksinə, Feyziyevin uzun yaşamasını diləyirik. Yaşlaşanda iynə-dərmana ehtiyacı olsun, onda anlasın ki, başında dayandığı dərman monopoliyası xalqa nələr yaşadıb.

 

Azər Ayxan

Tarix: 6 Fevral 2022, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin