BURADA REKLAMINIZ OLA
BİLƏR

Bacı və qardaş bıçaqlanaraq öldürüldü

Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub.

 

Bıçaqlanaraq öldürülənlər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

 

Hadisəni törədən isə mərhumların həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

 

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

 

O, polis tərəfindən saxlanıb.

 

APA

Tarix: 6 Fevral 2022, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin