BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov təhdid edilib: “Niyyətiniz dilimi kəsməkdirsə...”

“Sosial şəbəkələrdə bəziləri yalan, iftira ifraz etməklə məşğuldurlar. Bunu da məqsədyönlü şəkildə edirlər. Hər adamı da hədəf seçməzlər, tez-tez məni seçirlər. Çünki mən ideoloji sahədəyəm, siyasi elmlərlə məşğulam. Prezident İlham Əliyevin müəyyən etdiyi daxili və xarici siyasəti təbliğ edirəm. Çalışıram ki, xalqın dilində danışım, həqiqətləri çatdırım”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Elman Nəsirov bildirib.

 

Deputat qeyd edib ki, insanlara ölkədə görülən nəhəng işlərin mahiyyəti barədə məlumat verir: “Baxın Gürcüstanın da torpaq problemi var, həllini tapırmı? Tapmayıb, heç işıq da görünmür. Moldova da o cür. Ukrayna da həmçinin. Həllini tapırmı? Nəinki həllini tapır, hətta yeni müharibə təhlükəsi yaranıb. Bütün reallıqları fonunda Azərbaycan dövləti, onun ali, siyasi rəhbərliyi mümkün olmayanı mümkün edib. Mən bunu təbliğ edirəm, insanlar da razıdırlar. Azərbaycanda nə pisdirsə, qaragüruh üçün yaxşıdır. Nə yaxşıdırsa, onlar üçün pisdir. Bu, milli satqınlığın bariz nümunəsidir. Sosial şəbəkələrdə məni təhqir edirlər, öldürməklə hədələyirlər. Bu barədə hüquq mühafizə orqanlarını məlumatlandırmışam. Təzyiq edirlər ki, sən sus, danışma, dövləti, dövlətçiliyi təbliğ müdafiə etmə... Qaragüruhun nümayəndələrinə söyləyirəm: Sizin təhqir və təhdidlərinizi stimul kimi qəbul edirəm, daha mübariz oluram. Sona qədər dövlətimi, Prezidentimi müdafiə edəcəyəm. Niyyətiniz mənim dilimi kəsmək, susdurmaqdırsa, buna nail ola bilməyəcəksiniz”.

 

Nadir

Tarix: 6 Fevral 2022, 21:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin