BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənddə tikinti şirkətinin avtobusu qəzaya düşdü, yaralılar var

Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Pravda.az-a verilən məlumata görə, qəza Xocavənd rayonu ərazisində baş verib.

 

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.

 

Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək.

Tarix: 7 Fevral 2022, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin