BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfərin qətli ilə bağlı cinayət işi açıldı

Goranboyda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

 

Fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri - 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi iə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Tarix: 7 Fevral 2022, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin