BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədidə 40 yaşlı kişini cərəyan vuraraq öldürdü

Ağcabədi sakinini elektrik cərəyanı vuraraq öldürüb.

 

Ağcabədi rayon prokurorluğundan verilən məlumata görə, fevralın 6-sı saat 15 radələrində rayonun Şənlik kənd sakini, 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 7 Fevral 2022, 10:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin