BURADA REKLAMINIZ OLA
BİLƏR

Omicrona görə qapanmalar olacaq? - Hande Harmancıdan AÇIQLAMA

"COVID-19-un Omikron ştamı ilə bağlı yoluxma sayında yüksək artım görünür".

Pravda.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bununla bağlı görüləcək tədbirlər eynidir:

"Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".

O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq, lazım olduqda həyata keçirilməsini tövsiyə edirik" -, bildirib.

Tarix: 7 Fevral 2022, 11:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin