BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN Cəlilabadda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Pravda.az-a daxil olan məlumatda deyilir:

"Fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi “BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi “VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb, xəsarət alan digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".

Tarix: 7 Fevral 2022, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin