Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
Pravda.az-ın xəbərinə görə, deputat Tahir Kərimli bir neçə gün öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında əsasən dayanma-durma ilə bağlı kəskin çıxış edib.
T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, həmin çıxışda bir sıra təkliflər irəli sürüb:
""Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Qanun layihəsi ilə bağlı komitənin keçən iclasında fikirlərimi bildirmişəm, həmin fikirlərimin üzərində dayanıram və indi də bunun səbəblərini əsaslandırmağa çalışacam. Hər birimiz evdən, işdən çıxdıqda yol hərəkətinin iştirakçıları oluruq və qanunda nəzərdə tutulan bütün normalar bizim üçün məcburi xarakter daşıyır və hər birimiz də onun tələblərinə əməl etməliyik. Bu, birmənalıdır. Həmin normalar da müvəqqəti xarakter daşımamalıdır. Bu gün bu nişan və ya xətt xoşuma gəlmirsə, onun başqa nişanla əvəz edilməsini gündəmə gətirim, bu da iş deyil. Dəqiq xatırlamıram, hansısa yazıda İngiltərənin maraqlı bir təcrübəsinə rast gəlmişdim. Hər hansı yeni inzibati bina tikilmişsə onun işçilərinin bu binaya gedib-gəlmələri üçün həmin anda oraya yol çəkmirlər, həmin ərazi torpaq yol olur. Bir müddət işçilər bu binaya gedib-gəldikdə onların torpaq yolda izləri qalır. Harada daha çox ayaq izləri qalırsa, həmin yolu asfaltlayırlar. Bu təcrübə özünü doğruldur".
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli fevralın
baş tutmuş plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, dediklərim Quran ayəsi deyil, heç kim üçün məcburi xarakter daşımır.
"Qanun layihəsi müzakirəyə çıxdıqdan sonra mənə çoxsaylı müraciətlər daxil olur. Onların bəzilərini cavablandırmaq, əsaslandırmaq çətinliklər törədir. Bildiyiniz kimi, bəhs etdiyimiz qanun 1998-ci il 3 iyul tarixdə qəbul
olunub. Həmin vaxt 69-cu maddənin VI hissəsinin 4-cü və 10-cu bəndləri bu redaksiyada idi.
4) 1.4 - dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
10) 1.10 - duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur və hərəkət hissasinin kənarına vəya bordürün üst hissəsində çəkilir;
14 ildən sonra 2012-ci il 6 aprel tarixdə 320-IVQD nömrəli Qanunla bu bəndlərdə aşağıdakı dəyişikliklər edilib.
4) 1.4 - Dayanma qadağan olunan yerləri bildirir, müstəqil va ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir (ləğv edilir). 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir;
10) 1.10 - duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28 nişanı ilə birlikdə tətbiq olunur (ləğv edilir). 3.28, 5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan olunduğu yerləri bildirir və hərəkət hissəsinin kənarına vəya bordürün üst hissəsində çəkilir;
Heç kimə sirr deyil ki, respublikanın bütün avtomobil yollarının kənarları sarı rəngdə rənglənib, bu xəttlər bəlkə də 100.000 kilometrlərlədir. Kiminsə bu rəng xoşuna gəlib, estetik baxımdan bəlkə də yaxşı görünür, (ölkədə Avropa oyunları keçirilən zaman bu rəngdən daha çox istifadə olundu) amma faktiki olaraq bu nəqliyyat vasitələri sürücüləri üçün əlavə problemlər yaratmaqdadır, sonra da Azərbaycan vətəndaşı bütün olan və olmayan günahlarda parlamentariləri suçlayırlar.
Parlamentin 2022-ci il fevralın 1-də keçirilən plenar iclasında da həmkarlarımın bəziləri layihəyə öz münasibətlərini bildirdilər. Burada əksəriyyət hüquqşünasdır. Sağlam məntiq var. Qanun ilk dəfə qəbul olunanda hazırda təklif olunan redaksiya mövcud idi. 14 ildən sonra Qanuna edilən dayişiklik hansı zərurətdən irəli gəlirdisə, bir az öncə çıxışımda bunu qeyd etdim. Qanunun 1998-ci il 3 iyul tarixli redaksiyası məqbul deyildisə, 2012-ci il 6 aprel tarixdə 320-IVQD nömrəli Qanunla edilən dəyişiklik hansı zərurətdən irəli gəlirdi - Bu birinci sualdır.
İkinci sual isə belədir ki, hazırki təklifin 1998-ci il 3 iyul tarixində qəbul olunmuş Qanunun ilkin redaksiyadakı kimi verilməsi hansı zərurətdən qaynaqlanır? Demək istəyirəm ki, təklif olan redaksiya ilkin redaksiya ilə eynidir. Kiçik bir arayışı da diqqətinizə çatdırmaq istərdim. Qanuna 2012-ci ildə edilən dəyişiklikdən bu günə kimi dayanma və durma ilə bağlı respublika üzrə 3.044.075, Bakı şəhəri üzrə isə 1.489.904 protokol tərtib olunub. "Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli
Fərmanı qəbul edildikdən sonra 2021-ci ildə təkcə respublika üzrə 627.687 protokol tərtib edildiyi halda, Bakı şəhəri üzrə bu rəqəm 422.216 protokol təşkil edib. Respublika ilə müqayisə etsək, bu, heç də kiçik rəqəm deyil. Açığı Milli Məclisin deputatı kimi bu suallara cavab axtarmaq istərdim. Sürücü aptekdən hansısa dərmanı almaq üçün və ya maşındakı sərnişinin halı pisləşdiyindən nəqliyyat vasitəsini saxlayarsa, yaxud məktəbə gedən övladını düşürmək və ya mindirmək üçün saxlayarsa və ya nəqliyyat vasitəsi hansısa texniki nasazlıq səbəbindən dayanarsa, nə etməli? Məsələn, Qanuna velosiped zolağı, velosiped yolu ilə bağlı anlayış əlavə edilir. Bunu normal qarşılayıram, bəlkə də hələ gecikmişik. Bəlkə qanunvericilik subyekti ilə razılaşdıraraq Qanuna aşağıdakı redaksiyada nəqliyyat vasitəsinin dayanması və durması anlayışlarının təkmilləşdirilmiş variantını verək. Nəqliyyat vasitəsinin dayanması yolun müəyyən olunmuş hissəsində nəqliyyat vasitəsinin hərəkətinin 5 dəqiqəyədək, yaxud sərnişinlərin yüklə (yüksüz) minməsi (düşməsi) və nəqliyyat vasitəsinin yüklənilməsi (boşaldılması) üçün zəruri olan daha artıq müddətdə hərəkətsiz vəziyyətə gətirilməsidir. Nəqliyyat vasitəsinin durması yolun müəyyən olunmuş hissəsində
nəqliyyat vasitəsinin hərəkətinin 5 dəqiqədən artıq, yaxud sərnişinlərin yüklə (yüksüz) minməsi (düşməsi) və nəqliyyat vasitəsinin yüklənilməsi (boşaldılması) üçün zəruri olan vaxtla məhdudlaşmayan müddətdə hərəkətsiz vəziyyətə gətirilməsidir. Belə bir redaksiya olmasa, dayanma ilə durmanın fərqini ayırd etmək mümkün deyil. Dayanmanın və durmanın hazırki redaksiyasını asas kimi götürsək, sürücü Bakı şəhərinə daxil olduqda gərək benzini qurtarana qədər şəhərin küçələrini dolaşa. Qonşu Rusiyanın, Belarusiyanın, Türkmənistanın, Tacikistanın, Qırğızıstanın Yol hərəkəti qaydaları da dayanmada və durmada 5 dəqiqə vaxtı nəzərə alıb. Gürcüstanın yol hərəkəti qaydaları isə bundan əlavə nəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması üçün zəruri olduqda daha uzun müddətə dayanmanı nəzərdə tutur. Nümunə kimi Özbəkistanın yol hərəkəti qaydalarından dayanmanın və
durmanın redaksiyasını nəzərinizə çatdırmaq istərdim. Dayanma - nəqliyyat vasitəsinin hərəkətini 10 dəqiqəyə qədər dayandırmaq (stasionar vəziyyətə gətirmək).
Durma - sərnişinlərin mindirilməsi və ya düşürülməsi, yaxud nəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması ilə bağlı olmayan səbəblərdən nəqliyyat vasitəsinin hərəkətinin 10 dəqiqədən artıq dayandırılmasıdır. Moldovanın yol hərəkəti qaydaları isə dayanmaya belə tərif verib.
Dayanma - sərnişinlərin mindirilməsi və ya düşürülməsi, yaxud nəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması üçün lazım olan müddətdə nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması və zəruri hallarda onu apara bilməsi deməkdir.
Xahiş edərdim həmkarlarım və səlahiyyətli yoldaşlar bu məsələyə münasibət bildirərdilər.
Mənim təklifim nədən ibarətdir? Onsuz da layihədə 1.5.2.1-ci maddənin
(söhbət 69-cu maddənin VI hissəsinin 4-cü və 10-cu bəndlərindən gedir) 2022-ci il noyabrın 1-dən qüvvəyə minməsi göstərilir. Bəlkə 69-cu maddənin VI hissəsinin 4- cü və 10-cu bəndləri ilə bağlı məsələni tələsməyək. Vətəndaşlarımızı da buna hazırlayaq, 1.4 nişanlama sarı xətlər məsələsini həll edək, yalnız bundan sonra bu məsələyə qayıtmaq olar. İllərdir ki, bu xəttlər çəkilib, inanmıram ki, onları 2022-ci il noyabrın 1-dək silib qurtarsınlar. Bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı mövcuddur. Həmin Sərəncamın 7.1.6.1-ci maddəsinə müvafiq olaraq "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsinin, habelə yol hərəkətinin təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması Nazirlər Kabinetinə həvalə olunub. Bəlkə tələskənliyə yol verməyək. Artıq 2022-ci ildir, Dövlət proqramı isə 2019-2023-cü illər üçün nəzərdə tutulub. Bildiyim qədər artıq layihə hazırdır və yaxın günlərdə, ola bilər yaz və ya payız sessiyalarında Parlamentə daxil olsun".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin