BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək.

Pravda.az xəbər verir ki, bunu Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandal söyləyib.

Məlumata görə, R.T.Ərdoğan Bakıda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək. Festival mayın 26-dan 29-dək keçiriləcək.

Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.

Tarix: 7 Fevral 2022, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin