BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildə kişi meyiti tapılıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Həşimov Yusif Altəhmasib oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Tarix: 7 Fevral 2022, 18:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin