BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 15 yaşında ana olan yeniyetmə vəfat etdi

Bakıda 15 yaşlı hamilə yeniyetmə vəfat edib.

 

Hadisə fevralın 6-da 3 Saylı Şəhər Kliniki Xəstəxanasında qeydə alınıb.

 

Belə ki, yeniyetmə qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, naməlum səbəbdən uşağını itirən yeniyetmə reanimasiyaya yerləşdikdən sonra dünyasını dəyişib.

 

Məsələ ilə bağlı Xəstəxanadan APA-ya verilən açıqlamaya görə, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: "Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb" - xəstəxanadan bildirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Tarix: 8 Fevral 2022, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin