BURADA REKLAMINIZ OLA
BİLƏR

Fikrət Həşimov vəfat etdi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin direktoru, Respublikanın Əməkdar rəssamı, professor Fikrət Həşımov vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, 74 yaşlı rəssam rəssam bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Qeyd edək ki, o, 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adıma rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində, İ.Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.

 

2002-ci ildə rəssamı "Əməkdar rəssam" fəxri adı ilə təltif edilib.

 

Allah rəhmət eləsin!

Tarix: 8 Fevral 2022, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin