BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənistan etimad mühitinin formalaşdırılması istiqamətində atılan addımlara adekvat cavab verməlidir”

"Azərbaycan humanist addımları ilə sülhə hazır olduğunu bütün dünyaya nümayiş etdirir. Əslində, Azərbaycan Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri reallaşdırmasını və zəruri addımlar atmasını gözləyir. Burada söhbət sərhədlərin delimitasiya və demarkasiyasından, kommunikasiyaların açılması və sülh sazişinin imzalanmasından gedir.Azərbaycanda saxlanılan, müxtəlif təxribatçı əməllər törətmiş 8 erməni hərbçinin də geri qaytarılması dövlətimizin humanizm prinsiplərinə sadiqliyindən xəbər verir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

 

Deputat bildirib ki, iki ölkə arasında böyük sülh müqaviləsinin imzalanması üçün bir zəruri məsələlər həllini tapmalıdır.

 

"Ermənistan bu vacib addımlardan yayınarsa, Ermənistanı sülhə məcbur etmək üçün tətbiq edilə biləcək müəyyən işlər barədə düşünmək olar. Hazırda Azərbaycan öz humanist mahiyyətini dünyaya sübut edir.  Azərbaycan sülhə hazırdır və Ermənistan mütləq zəruri addımları atmalıdır. Ermənistan etimad mühitinin formalaşdırılması istiqamətində atılan addımlara adekvat cavab verməlidir", - deyə A.Mollazadə qeyd edib.

 

Nəzrin Cavid

Tarix: 8 Fevral 2022, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin