BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan diktə edən tərəfdir və dünyaya öz humanizmini nümayiş etdirir" - RƏY

"Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Qarabağın statusu barədə heç bir söhbət getmədi, əsas diqqət humanitar məsələlərə yönəldildi. Belə məsələlərdən biri də əsir və girovlar, eyni zamanda, Birinci Qarabağ savaşı zamanı itkin düşmüş və kütləvi məzarlıqlarda dəfn edilmiş azərbaycanlılar barədə araşdırma aparılması ilə bağlı idi. Cənab Prezidentin təkidi və qətiyyəti nəticəsində bu mövzu müzakirə edildi və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının yanında söz verdi. Bu, bir daha dəlalət edir ki, həmin məsələlərə mütləq aydınlıq gətirilməlidir. Təbii ki, son vaxtlar sərhədlərin delimitasiya və demarkasiyası kimi məsələlərdə də onlar müvafiq şərtlər irəli sürür, qoşunların müəyyən qədər geri çəkilməsi, ora Rusiya hərbçilərinin gəlməsi və komissiyanın yaradılması və s. kimi mövzular aktualdır. Bəlkə də Paşinyan bunu istəyərdi, lakin məlum məsələdir ki, onsuz da sərhədlər müəyyənləşdikdən, həmçinin əsir və girovlarla bağlı məlumatlar verildikdən sonra sülh müqaviləsinin bağlanması istiqamətində addımlar atıla bilər".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

 

Deputat bildirib ki, bu, Ermənistandakı daxili müxalifəti və havadarlarını razı sala bilməz: "Ermənistan bəzən məhz buna görə götürdüyü öhdəlikləri yerinə yetirməkdən çəkinir, lakin vaxt öz sözünü deyir. Azərbaycan diktə edən tərəfdir və bütün dünyaya da öz humanizmini nümayiş etdirir. İstər Fransa, istərsə də beynəlxalq səviyyədə ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər humanist addım atması üçün Ermənistana birmənalı olaraq təzyiq göstərməlidirlər. Hesab edirəm ki, əsir və girovlarla bağlı dövlət komissiyasının işi təqdirəlayiqdir. Azərbaycan dövləti bu istiqamətdə çox ciddi addımlar atır. Düşünürəm ki, proseslərin həlli üçün beynəlxalq qüvvələrin təzyiqlərinin şahidi olacağıq".

 

Nəzrin Cavid

Tarix: 8 Fevral 2022, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin