BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski Putinə cavab verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın Minsk Razılaşmalarını yerinə yetirməsi ilə bağlı sözlərinə cavab verib.

 

Bu barədə Zelenski fransalı həmkarı Emmanuel Makronla Kiyevdə keçirdiyi mətbuat konfransında danışıb.

 

“Bəli, Putin haqlıdır. Ukrayna gözəldir, ancaq burada "mənim" ifadəsi artıqdır. Ukrayna səbirlidir, məncə, bu, müdriklikdir. Bu, bütün Avropa və ruslar üçün vacibdir. Çünki eskalasiya bizim səbrimizdən asılıdır. Biz ölkəmizi müdafiə edirik, öz ərazimizdəyik. Səbrimiz təxribatlara cavab vermədiyimiz zaman təsirlidir, çünki biz özümüzü ləyaqətlə aparırıq”, - Zelenski bildirib.

 

Xatırladaq ki, fevralın 7-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı Putin Minsk Razılaşması ilə bağlı danışarkən “İstəsən də, istəməsən də, səbr et, mənim gözəlim” məsəlini nümunə gətirib.

Tarix: 8 Fevral 2022, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin