BURADA REKLAMINIZ OLA
BİLƏR

"Putin düyməyə basıb, mexanizm işə düşüb..."

“Moskva iddia edir ki, Kiyev Minsk razılaşmalarını yerinə yetirmir. Məgər Donbasdakı insanlara Rusiya pasportları paylamaq Minsk razılaşmalarına uyğun idi? Və ya sərhəddə yüz minlik qoşun cəmləşdirmək, bir o qədərini də Belarusa toplamaq Minsk razılaşmalarına uyğundur? Rusiya prezidenti ona əsəbiləşir ki, vaxtilə Minsk razılaşmalarına dəstək verən Qərb ölkələri hazırda həmin razılaşmalardan faktiki imtina ediblər. Bəli, Minsk razılaşmaları aktuallığını itirib, Kiyev Donbasa xüsusi səlahiyyət verməyəcək, separatçılarla birbaşa danışıqların aparılması da mümkün deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Fransa prezidenti Emmanuel Makronun Moskva və Kiyev səfərlərinə gəldikdə, müsbət nəticədən danışmaq yersizdir. Putin Makronla dünənki birgə mətbuat konfransında açıq şəkildə Qərbi və NATO-nu hədələdi, bu gün isə Qara dəniz sahillərində Rusiya hərbi gəmiləri təhlükəli manevrlərə başlayıblar. Putin düyməyə basıb, mexanizm işə düşüb, sadəcə “X gününün” tarixi bəlli deyil” – E.Şahinoğlu qeyd edib.

Tarix: 8 Fevral 2022, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin