BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu: "Dialoq üzrə növbəti görüşün Vyanada keçirilməsini Ermənistan istədi"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Çavuşoğlu deyib ki, görüşün Vyanada keçirilməsini Ermənistan təklif edib.

 

“Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses vardı, eyni vəziyyətin davamı olmasın deyə Vyana təklifi qəbul olundu”,-deyə Türkiyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.

 

Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.

Tarix: 8 Fevral 2022, 23:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin