BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərhəddə 12 kq narkotik bağlaması aşkarladı - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Yar­dımlı rayonu­nun Arus kəndinin yaxınlığındakı sərhədboyu ərazidə sahibsiz bağlama aşkar edib.

DSX-nin Mətbuat Mərkəzindən Pravda.az-a bildirilib ki, bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər mad­də­lər aşkar­lanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 






Tarix: 9 Fevral 2022, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin