BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN Bakıda narkotik aludəçisi ilə bağlı yayılan görünütlərə münasibət bildirdi

Sosial şəbəkələrdə Bakının Yasamal rayonunda narkotik aludəçisinin yaşayış binasının blokunda yaşaması, orada gecələməsi barədə görüntülər yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, görüntülərin Yasamal rayonu Zivər bəy Əhmədbəyov 39 ünvanında yerləşən yaşayış binasında çəkildiyi bildirilib. Bu halın bina sakinlərinin narazılığına səbəb olduğu, narkotik aludəçisinin onlara mane olduğu bildirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-nın sorğusuna cavab bildirib ki, videoda görüntüləri yayılan şəxs narkotik alüdəçisidir və tüfeyli həyat tərzi keçirir: "Qeyd edilən ünvanda, ümumiyyətlə, Yasamal rayonu ərazisində bu tipli həyat tərzi keçirən şəxslərin müəyyənləşdirilməsi və onların məsuliyyətə, eləcə də ehtiyac olduğu təqdirdə məcburi müalicəyə cəlb edilməsi istiqamətində polis əməkdaşları tərəfindən nəzarət daha da gücləndirilib. Görülən tədbirlər barədə əlavə məlumat veriləcək".

Tarix: 9 Fevral 2022, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin