BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Bakıda uşaqların satdığı salfetin içində narkotik olması iddiaları yalandır

Sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb.

 

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

Polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub: "O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.

 

Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub. İddialarla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 9 Fevral 2022, 18:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin