BURADA REKLAMINIZ OLA
BİLƏR

AzTV-nin əməkdaşı vəfat etdi - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qocaman əməkdaşlarından biri - Ələkbərov Habil Əlibala oğlu bu gün vəfat edib.

 

AzTV-nin məlumatına görə, Beynəlxalq Radionun proqram direktorunun müavini 69 yaşında dünyasını dəyişib.

 

H.Ələkbərov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

 

1989-cu ildən Respublika Radiosunda çalışıb. Radionun təbliği baş redaksiyasının kommentatoru (şərhçisi) vəzifəsinə işə qəbul edilib.

 

İctimai-siyasi proqramlar redaksiyasında uzun müddət işləyib və bu sahədə böyük xidmətləri olub.

 

2009-ci ildən Beynəlxalq Radioda işə başlayıb və proqram direktorunun müavini vəzifəsini sonadək icra edib.

 

Cənubi Azərbaycandan hazırlanan verilişlərə rəhbərlik edib və müəllifi olduğu “Vətən” verilişinin həm də aparıcısı olub.

Fotoları təqdim edirik
Tarix: 9 Fevral 2022, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin