BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu, milli və təhlükəsizlik maraqlarımıza ziddir"

"Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən Azərbaycanla dəmir və avomobil yolunun açılışına hazır olduğunu bildirib. Rəsmi Bakı da kommunikasiya xətlərinin açılmasını istəyir. Sadəcə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması nə dərəcədə maraqlarımıza cavab verir? Təsəvvür edin ki, İrəvan Qarabağı Azərbaycan ərazisi saymır, ancaq Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyə başlayır. Bu, milli və təhlükəsizlik maraqlarımıza ziddir".


Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.


"Hamıya dönə-dönə bəyan etməliyik ki, sülh sazişi imzalanmadan, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması mümkün deyil. Elə anlaşılmasın ki, Azərbaycan kommunikasiya xətlərinin açılması naminə Ermənistanın Qarabağla bağlı iddialarına seyrçi qalacaq" - E.Şahinoğlu qeyd edib.

Tarix: 9 Fevral 2022, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin