BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis əməkdaşları xəsarət aldı

Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərmişdir.

 

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınmış, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri almışlar.

 

S.Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

 

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

 

Araşdırma aparılır.

Tarix: 10 Fevral 2022, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin