BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu: "Ermənistanla normallaşma prosesi Azərbaycanda hər hansı narahatlıq yaratmır"

“Ermənistanla normallaşma prosesi Azərbaycanda hər hansı narahatlıq yaratmır. Əksinə Azərbaycan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesini dəstəkləyir. Onsuz da Azərbaycanla məsləhətləşmədən, koordinasiya etmədən biz hər hansı addım atmamışıq, atmayacağıq da. Azərbaycan da bizim Ermənistanla birbaşa təmaslarda olmağımızı seçir”.

 

Pravda.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

“Bəzi məsələləri birbaşa təmaslarla müzakirə etməyimiz lazımdır. Cənubi Qafqazda olan problem Azərbaycanın Qarabağ zəfəri ilə başa çatdı. Bundan sonra bölgədə sülhə nail olmaq lazımdır, əməkdaşlıq olmalıdır. Bölgədə əhəmiyyətli layihələri həyata keçirərək bölgənin iqtisadi cəhətdən yüksəlməsi üçün fəaliyyət göstərməliyik. Bunun üçün də bütün ölkələr eyni düşüncədə olmalıdır. Burada Türkiyənin prosesdən uzaqlaşdırılmaması lazımdır. Buna Ermənistan da daxildir. Qarabağ zəfərindən çıxan dərs, eyni zamanda, fürsət var. Bölgədə yaranan fürsətləri yaxşı dəyərləndirmək lazımdır. Biz savaşdan dərhal sonra müsbət mesajlar verdik. Ermənistan dərs alarsa, bölgənin sabitliyi üçün addımlar atarıq, münasibətləri normallaşdırarıq” – o qeyd edib.

Tarix: 10 Fevral 2022, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin