BURADA REKLAMINIZ OLA
BİLƏR

“Veysəloğlu” ilə “Araz Supermarket” yenidən məhkəməyə verildi

Bakı şəhəri Nizami rayon Məhkəməsində “Veysəloğlu” MMC və bu şirkətə bağlı olan “Araz Supermarket” MMC-yə qarşı məhkəmə iddiaları qaldırılıb.

Pravda.az xəbər verir ki, “Veysəloğlu” MMC-yə qarşı qaldırılan iddiaya hakim Nəriman Mehdiyev,  “Araz Supermarket” MMC-yə qarşı qaldırılan iddiaya isə hakim Mətanət Hacıyeva tərəfindən baxılacaq.

Məlumat üçün bildirək ki, “Veysəloğlu” MMC idxal etdiyi mallarla bağlı elektron bəyannamə verməməkdə ittiham olunur.


“Araz Supermarket” MMC isə karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsinə görə ittiham olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl “Araz Supermarket” MMC-yə qarşı Binəqədi rayon Məhkəməsində də oxşar iddia qaldırılıb.

Tarix: 10 Fevral 2022, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin