BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN yeniyetmənin qəbiristanlıqda döyülməsi ilə bağlı araşdırma aparır

Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşən, sonradan tapılan yeniyetmə ilə bağlı araşdırma aparır.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonunda baş verən hadisə ilə bağlı məlumatlıdırlar.

 

Fakt nəzarətə götürülüb. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq.

 

Qeyd edək ki, Qaradağ rayon ərazisində 15 yaşlı Qəhrəmanov Murad Azər oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bir müddət sonra yeniyetmənin evə geri qayıtdığı bildirilib. Məlumata görə, M. Qəhrəmanov evə qan içində gəlib. O, yaxınlarına hazırlığa gedəndə 3 nəfər tərəfindən maşına mindirildiyini və qəbiristanlıqda döyüldüyünü deyib.

Tarix: 10 Fevral 2022, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin