BURADA REKLAMINIZ OLA
BİLƏR

"Separatçı Arutyunyanı Rusiyada heç bir dövlət rəsmisi qəbul etməyib"

Azərbaycanın Rusiyadakı Səfirliyi özünü qondarma “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı açıqlama yayıb.

 

Açıqlamada deyilir:

 

“Özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı aşağıdakıları bildiririk. Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür. Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir. Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir”.

Tarix: 10 Fevral 2022, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin