BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Biz delimitasiya və demarkasiya həll olunmadan sülh müqaviləsini imzalaya bilməyəcəyik”

"Qarşıda duran mühüm vəzifələrdən biri də Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Hesab edirəm ki, müqavilənin imzalanması üçün müəyyən zamana ehtiyac var. Hazırkı dönəmdə kommunikasiyaların açılması bizim üçün çox önəmlidir. Görünür, biz delimitasiya və demarkasiya həll olunmadan sülh müqaviləsini imzalaya bilməyəcəyik".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, bu, Ermənistanın həyata keçirdiyi siyasətlə birbaşa bağlı olan məsələdir: "Ona görə də birinci mərhələdə qarşıda duran məsələ elə kommunikasiyaların açılmasıdır. Çünki buna bizim ehtiyacımız var və görüləsi işlər çoxdur. Dəmiryolu və avtomobil yolu çəkilməlidir. Hesab edirəm ki, kommunikasiyaların açılmasına tezliklə nail olmaq lazımdır. Beləliklə, Azərbaycan yekun sülh müqaviləsinin imzalanması istiqamətində addımlayır, eləcə demarkasiya və delimitasiya məsələsi həllini tapacaq. Biz gecikmədən kommunikasiyaların açılması prosesinə başlamalıyıq. Bu, xalqlar arasında münasibətlərin normallaşmasına, bölgənin inkişafı və əmin-amanlığın təminatına ciddi töhfə verəcək. Hesab edirəm ki, yekun sülh müqaviləsini gözləmədən sərhədlərin müəyyənləşdirilməsinə pararlel olaraq avtomobil və dəmiryolu xəttlərinin açılmasına başlamalıyıq, kommunikasiyalar işləməlidir".

 

Nəzrin Cavid

Tarix: 10 Fevral 2022, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin