BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Abdullayev: "Rasim Məmmədovun həbs videosunu görmüşəm, açığı desəm, xoşum gəlməyib"

Xalq yazıçısı Çingiz Abdullayev “ictimai nəzarət koalisiyası” adlı qurumun rəhbəri Rasim Məmmədovun həbsinə münasibət bildirib.

 

Ç.Abdullayev bildirib:

 

“Rasim Məmmədov həbs ediləndə mən Bakıda olmamışam. Onu bilirəm ki, məhkəmə olub. Hələlik onun barəsində 3 aylıq həbs qərarı seçilib. Mən dəqiq bilmirəm nə olub. Mən onun həbs videosunu görmüşəm, açığı desəm, xoşum gəlməyib. Nələrin baş verdiyini araşdırırıq”.

 

Qeyd edək ki, Ç.Abdullayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti, Rasim Məmmədov isə bu qurumun vitse-prezidentidir.

 

R.Məmmədov uzun illərdir ki, ölkənin ziyalılarını və sənət adamlarını bu və ya digər yollarla özünün nəzarətində olan təşkilatlara fəxri üzv kimi seçib müəyyən “dividend”lər qazanmağa çalışıb.

 

Təsadüfi deyil ki, bir müddət əvvəl R.Məmmədovun 55 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Flora Kərimova, Xalq artisti Niyammədin Musayev, tarzən Ramiz Quliyev, müğənni Sevda Kazımova və digər tanınmış şəxslər iştirak edib.

 

Konkret.az

Tarix: 10 Fevral 2022, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin