BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kadr islahatları Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir" - RƏY

"Prezident İlham Əliyevin bugünkü sərəncamları bir daha göstərir ki, Azərbaycanda aparılan islahatlar bütün sferaları əhatə edir. Həmin islahatların məqsədi iqtisadiyyatı inkişaf etdirməkdir. Biz qısa vaxtda enerji sektorunu inkişaf etdirməli, yaşıl enerjiyə keçid etməli, neft ixracından daha çox neft-kimya məhsullarının daxildə istehsalını artırmalı və innovativ texnologiyalara keçidi təmin etməliyik".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.



 

Deputat qeyd edib ki, ölkədə kadr islahatları cənab Prezident tərəfindən uğurla həyata keçirilir: "Yüksək dövlət vəzifələrinə gənc kadrlar dəvət edilir. Kifayət qədər təcrübə toplamış şəxslərin təcrübəsindən istifadə ediləcək, yeni kadrların yeni təfəkküründən yararlanılacaq. İslahatlar bir gün də dayanmır və dayanmayacaq. Belə islahatların siyasətinin əsasında insan faktoru və milli maraqlar dayanır. Vətəndaşların rifahının ilbəil artırılması üçün dövlət tərəfindən istənilən formada mühüm addımlar atılır".

Nəzrin Cavid

Tarix: 10 Fevral 2022, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin