BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobillər toqquşdu: Ölən və yaralanan var

Bakıda avtomobillər toqquşub, ölən və yaralanan var.

 

Bu barədə Pravda.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Abşeron rayon sakinləri - M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.

 

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix: 11 Fevral 2022, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin