BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ramiz Mehdiyev tuladır, tula kimi də o mərtəbələrə ucalıb"

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq nazir, professor Əli Nağıyev AMEA-nın prezidenti Ramiz Mehdiyevi sərt tənqid edib.

 

Əli Nağıyev bildirib ki, Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasına rəhbərlik etməsi Azərbaycan elminə təhqirdir:

 

"Gərək Ramiz Mehdiyev heç akademiyaya prezident göndərilməyəydi. Hər kəs gözəl bilir ki, Ramiz Mehdiyev AMEA-ya seçki yolu ilə getməyib, heç onun akademikliyi də həqiqi deyil".

 

Əli Nağıyev vəzifədə olduğu zaman belə Ramiz Mehdiyevlə bağlı açıq sözünü demək cəsarətində olduğunu söyləyib:

 

"Doğrunu deyənin yeri Allahın yanıdır. Normal insan doğrunu deməkdən çəkinməməlidir. Mən ona sözümü zamanında demişəm. Axı Ramiz Mehdiyev kimdir ki, indi mən ondan danışım? Ramiz Mehdiyev tuladır, tula kimi də o mərtəbələrə ucalıb. Onun bu ölkədə hər bir adama pisliyi dəyib, kiməsə yal verib, kiməsə də pislik edib".

 

Demokrat.az

Tarix: 11 Fevral 2022, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin