BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “Mangal Steake” restoranının işçisini avtomobil vuraraq öldürdü

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

 

Hadisə Dövlət Bayrağı Meydanının qarşısında qeydə alınıb.

 

1976-cı il təvəllüdlü Aslanova Sevinc Tərlan qızı işlədiyi “Mangal Steake” restoranından çıxaraq yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən əks tərəfə keçmək istəyib. Həmin vaxt onu “Chevrolet” markalı avtomobili idarə edən 1998-ci il təvəllüdlü Əliyev Murad Qorxmaz oğlu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Sürücü saxlanılıb.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

 

APA

Tarix: 11 Fevral 2022, 21:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin