BURADA REKLAMINIZ OLA
BİLƏR

Erkin Qədirli: “Yıxılanı baltalamaq doğru deyil”

“Azərbaycan Milli Elmlər Akademiyasının cavabında deyilənləri nə müxalifət kimi özümə və partiyamıza aid edirəm”.

 

Bu sözləri bu gün TV Müsavatın efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Erkin Qədirli bildirib. Onun sözlərinə görə, sözügedən müraciətdə sadalanan “saxta deputat”, “cib və avtobus müxalifəti” ifadəsi daha öncə də başqaları tərəfindən səsləndirilib: “Özündən soruşmaq lazımdır ki, kimə deyib, kimi nəzərdə tutmuram. Onun özü olmadan müzakirəsini doğru hesab etmirm. Həm leksikon, həm fon, həm tərz nə siyasətçilərə, nə alimlərə, parlamentə, akademiyaya, mətbuata yaraşmır. Tənqid olunan şəxslər olmamalıdır, hərəktərlə olmalıdır. Amma görürük ki, bu, ona söz atır, o biri cavab verir. Artıq sosiaı şəbəkə səviyyəsinə enmiş məsələdir. Mən özümü bu məsələdə görmürəm”.

 

E.Qədirli eyni zamanda bildirib ki, akademiyada baş verən problemlərini Ramiz Mehdiyevin ayağına yazmaq olmaz. Millət vəkilinin sözlərinə görə, sabah R.Mehdiyevi sözügedən qurumdan çıxarsalar və qurum islah olunmasa, o problemlər qalacaq: “Yıxılanı baltalamaq doğru deyil. Şəxsiyyətlərin müzakirəsini düzgün saymıram. Problemlərə yanaşma düzgün deyil. Nə onun sözlərini özümüzə aid edirəm, nə də cavab vermək ehtiyacı hiss edirəm. “Beşinci kalon” sözü çox sui-istifadə edilib. Hamı beşinci kalondan danışır, amma ondan öncəki dörd kalindan danışan yoxdur”.

Tarix: 12 Fevral 2022, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin