“Bu il Rusiya regionlarında zəlzələlər gözlənilir - onların ən güclüsü Kuril adalarında və Kamçatkada olacaq”. Belə bir açıqlama ilə Rusiya Elmlər Akademiyasının Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun baş elmi işçisi Vladimir Kosobokov çıxış edib.
“Güclü zəlzələlərin yeri haqda danışsaq, təbii ki, bura Kuril adaları, Kamçatkadır. Çünki dünyanın ən güclü zəlzələləri orada baş verir”, - Kosobokov vurğulayıb.
Bəs zəlzələni öncədən proqnozlaşdırmaq mümkündür? Azərbaycanla bağlı ilkin proqnozlar necədir? Bakıda, Abşeronda güclü yeraltı təkanlar mümkünmü? Mövzu ilə bağlı AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Yeni Müsavat”a danışıb: “Bütün dünya, xalq üçün, eləcə də kənd təsərrüfatı üçün də ən önəmlisi qısa müddətli proqnozdur. Xatırladım ki, proqnozlar qısa, orta, uzun müddətli olur. Qısa müddətli proqnozlara gəldikdə bura güclü, dağıdıcı zəlzələlər daxildir. Həmin gündə çalışırlar ki, işığın, qazın, suyun, işləyən zavod və fabriklərin təhlükəsizliyi təmin etmək üçün tədbirlər görülsün ki, yanğınlar, partlayışlar, su daşqınları, qısaqapanmalar olmasın, insanlar dərhal təxliyə olunsun, insan tələfatı minimuma endirilsin və sairə.
Əlbəttə ki, zəlzələ zonasında zəlzələ olmalıdır. Amma bu nə vaxt olacaq, onu qısa proqnozla demək qeyri-mümkündür. Qaldı orta müddətli proqnoza, bəli, bizim elə öz praktikamızda neçə dəfə bu cür proqnozlar olub. Məsələn, Bakıda olan dəniz zəlzələsini, Zaqatala, Balakən zəlzələsi haqda gizli şəkildə proqnozlarımızı bildirmişdik. Bunu insanlara deyəndə onlarda panika yaranır.
Məsələn, Yaponiya kimi ölkədə insanlar bu proqnozu normal adi qəbul edir, ona görə ki, onlar zəlzələ, daşqınlar, sunami kimi hadisələr barəsində çox maarifləniblər, bilirlər ki, bu cür hadisələrdə davranış qaydaları necə olmalıdır. Bildiyiniz kimi, Yaponiya zəlzələlər ölkəsidir, elə bir gün olmur ki, zəlzələ olmasın. İldə qeydə alınan təkanların sayı 4-5 min olur. Buna görə də orada təkanlar qeydə alınanda sakitcə bir kənara çəkilib gözləyirlər, təkanlar sovuşandan sonra hərəkətlərinə davam edirlər. Daha kimsə nə qışqırır, nə qaçır.
Xatırlayırsınızsa 2011-ci ilin martında Yaponiyada güclü zəlzələ olanda maşınları, evləri, insanları daşıyanda millət kənardan sakitcə bunu izləyirdi. Bizdə isə belə olsaydı, təsəvvür edin, insanlar özlərini necə həyəcanlı aparardı. Ona görə də bir yaponiyalı alim deyirdi ki, dünya qarşısında iki böyük problem var - biri qısa müddətli güclü zəlzələnin proqnozu, ikincisi isə bu proqnozu əhaliyə çatdırmaqdır.
Beləliklə, bəli, biz aktivliyi izləyir, baxırıq, buna uyğun müəyyən proqnozlar veririk. Amma axı bu fala baxmaq deyil. Məsələn, 2012-ci ildə Zaqatala zəlzələsi ilə bağlı proqnoz vermişdim ki, may ayının 9-da növbəti zəlzələ gözlənilir. Çünki təkanları izləyirdik. Lakin həmin zəlzələ gəlib oktyabrın 14-də oldu. Ona görə də zəlzələnin dəqiq vaxtını demək olmur. Yəni ərazini müəyyən etmək olur, amma vaxtı bilmək olmur".
Qurban Yetirmişli Azərbaycanda olan sonuncu güclü zəlzələ haqqında da danışıb: “Ölkəmizdə sonuncu dəfə ən güclü, dağıdıcı zəlzələ 1902-ci ildə Şamaxıda olub. Həmin zəlzələdən sonra Azərbaycanda instrumental müşahidələr olub. Beləliklə, bu il Azərbaycanda instrumental müşahidələrin olmasının 100 illiyini qeyd edəcəyik”.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin