BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 8, 9 və 12 yaşlı qızlara qarşı seksual hərəkətlər edən 54 yaşlı taksi sürücüsü tutuldu

Bakıda 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü saxlanılıb.

 

Xəzər rayonu Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü ilə anlaşıblar.

 

Bir müddət öncə hər üç qızın valideynləri polisə müraciət edərək bildiriblər ki, 54 yaşlı həmin şəxs 2021-ci il fevral ayından etibarən onların 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib.

 

Araşdırma zamanı şikayətdə qeyd edilən əməlin törədildiyinə şübhə yarandığı üçün Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hadisəni törətməkdə ittiham edilən şəxs artıq saxlanılıb.

 

İstintaq davam etdirilir.

Tarix: 12 Fevral 2022, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin