BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən şəxsi elektrik cərəyanı vuraraq öldürdü

Gəncədə şirkət əməkdaşının ölümü ilə bağlı cinayət işi açılıb.

 

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən, 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulan küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hazırda iş üzrə istintaq davam edir.

Tarix: 12 Fevral 2022, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin