BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırıldı

Amerika Birləşmiş Ştatları hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi attaşenin nazirliyə çağırılmasına səbəb Urup adasının yaxınlığında Sakit Okean Donanması qüvvələrinin planlaşdırdığı təlim bölgəsində Amerikanın Virciniya tipli nüvə sualtı qayığının olmasıdır.

“ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının Rusiya Federasiyasının dövlət sərhədini pozması ilə əlaqədar Rusiya Müdafiə Nazirliyi ABŞ-ın hərbi attaşesini çağırıb",-deyə məlumatda bildirilir.

Sualtı qayığın ekipaj üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar.

Tarix: 12 Fevral 2022, 21:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin