BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşar Hacıyevə vəzifə verildi

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) rəhbərliyində dəyişiklik olub.

 

Pravda.az-ın xəbərinə görə, AMPK-nin ümumi yığıncağında Yaşar Hacıyev qurumun I vitse-prezidenti seçilib.

 

Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru bu vəzifədə Natiq Qasımovu əvəzləyib.

 

Toplantıda həmçinin AMPK-nin İcraiyyə Komitəsi yenidən formalaşıb. Heyətdə İlqar Rəhimov (AMPK-in prezidenti, İcraiyyə Komitəsinin sədri), İlham Zəkiyev, Yaşar Hacıyev (hər ikisi vitse-prezident), Kamal Məmmədov (baş katib), Afaq Sultanova (Paralimpiya çempionu), Vüsalə Kərimova (Əlil İdmançılara dəstək İB-nin baş katibi, əlil arabasında idman rəqsi, idmançı), Sadıq Sadıqov (“Neftçi” İK-nın icraçı direktoru), Aydın Məmmədov (Gənclər və İdman Nazirliyinin şöbə müdiri), Səmyar Abdullayev (Gözdən Əlillər Cəmiyyətinin prezidenti), Mehman Kərimov (Milli Olimpiya Komitəsinin şöbə müdiri) və Səlhət Abbasova (Ədalətli Oyunlar Komissiyasının məsul katibi) yer alacaqlar.

Tarix: 21 Fevral 2020, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin