BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kreml demək istəyir ki, Rusiya-Ukrayna gərginliyini hazırlayanlar London və Vaşinqtondadırlar”

“Başda Kreml sahibi Vladimir Putin olmaqla rusiyalı rəsmilər rəqib saydıqları ABŞ və NATO haqqında danışarkən, adətən “tərəfdaşlarımız” ifadəsindən istifadə edirlər. Bununla göstərmək istəyirlər ki, guya diplomatik etiketə uyğun danışırlar. Ancaq son zamanlar rusiyalı rəsmilər və əsasən də xarici işlər naziri Sergey Lavrov “anqlo-sakslar” ifadəsindən istifadə etməyə başlayıb. Bu ifadə ilə Kreml demək istəyir ki, Rusiya-Ukrayna gərginliyini hazırlayanlar London və Vaşinqtondadırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Donbass separatçılarının liderlərindən Denis Puşilin açıqlama verərək, atəşkəs xəttində vəziyyətin gərgin olduğunu, guya Ukrayna ordusunun təxribatlara hazırlaşdığını iddia edib. Həqiqətən atəşkəs xəttində partlayışın baş verdiyinə dair xəbərlər yayılır. Təxribat hazırlanır. Sanki Birinci Dünya Müharibəsinin astanasındayıq. O zaman da böyük dövlətlər bir-birlərini hədəf seçərək atəşin birinci kimin açacağını gözləyirdilər. Serb millətçisi Qavrilo Prinsipin 1914-cü ildə Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandı öldürməsiylə düyməyə basıldı, on milyonların ölümünə səbəb olan müharibə başladı” – E.Şahinoğlu qeyd edib.

Tarix: 13 Fevral 2022, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin