BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda polis əməkdaşları bıçaqlandı

Bakıda 2 polis əməkdaşı bıçaqlanıb.

 

Pravda.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar.

 

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

 

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

 

Hadisənin təfərrüatı araşdırılır.

Tarix: 13 Fevral 2022, 01:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin